Ana səhifə Məqalələr Zob xəstəliyində xərçəng riski vardırmı?

Zob xəstəliyində xərçəng riski vardırmı?

Zob ayrıca bir xəstəlik olmadığı üçün, əlamətləri və müalicələri ilə bir-birindən fərqlənən, bir çox sayda nomenkulaturanı özündə birləşdirən xəstəliklər qrupu, eyni zamanda tiroidologiyada vəzin böyüməsini ifadə edən bir simptom olaraq qəbul edilmişdir. Bu səbəbdən “zob xəstəsiyəm” demək biz həkimlər üçün yetərsiz bir anlayış olub diaqnozu dəqiqləşdirmək üçün araşdırma tələb edir.
Zob qalxanabənzər vəzinin xərçəng xarici böyüməsidir” deyə qeyd etmişdik. Amma bu böyümələrin kanser olub-olmadığı ancaq bəzi araşdırmalardan (biopsiya materialının sitoloji təhlili) və hətta bəzən əməliyyatdan sonra məlum olur. Ümumiyyətlə, bütün zoblu xəstələrin  5%-ində xərçəng olma ehtimalı vardır.

Paylaş: