Müalicə edilən xəstəliklər

Qalxanabənzər (Tireoid) vəzi xəstəlikləri

Qalxanabənzər vəzi (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan daxili sekresiya vəzisidir.

Hipofiz vəzi xəstəlikləri

Hipofiz vəzi endokrin sistemin əsas orqanı olub, böyümə, inkişaf, çoxalma,metabolizm, südvermə, stress cavabı kimi fərqli fizioloji funksiyaları idarə edən mərkəzi aparatı, bele demək mümkündürsə,dirijorudur.

Şəkərli Diabet

Şəkərli diabet hər yaşda görülə bilən, maliyyəti yüksək, ağırlaşmalara səbəb olmaqla erkən ölümlərin, əlilliyin başlıca səbəbi kimi aktual, tibbi-sosial əhəmiyyətli geniş yayılmış qeyri-infeksion xroniki xəstəlikdir.

Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzilər cüt orqanlardır, hər iki böyrəklərimizin üstündə yerləşirlər. Hər vəzin təxminən 4 qram ağırlığı vardır. Embrioloji, histoloji və funksional olaraq bir birindən fərqli olan iki fərqli qisimdən ibarətdir.

Hamiləlik və endokrin xəstəlikləri

Hamiləlik zamanı ana və döl arasında bir birinə təsir edən geniş həcmli endokrin-metabolik dəyişikliklər hamiləliyin davamı, dölün inkişafı, böyüməsi, doğum və südəmizdirmə proseslərinə zəmin yaradır.

Metabolik sümük xəstəlikləri və osteoporoz

Sümüklər bir endokrin orqan olmaqla mexaniki və əhəmiyyətli metabolik funksiyalara sahibdir

Piylənmə xəstəlikləri və metabolik sindrom

Piylənmə xəstəliklərinin müalicə və diaqnostikasında dünya standartlarına uyğun olaraq pasientləti qəbul edirik.

Cinsiyyət vəzlərinin xəstəlikləri və reproduktiv endokrinologiya

Cinsiyyət vəzləri endokrin orqan olmaqla bir sıra hormonal problemlərin mərkəzində duraraq müxtəlif yaş qruplarında çeşidli xəstəliklərlə qarşımıza çıxmaqdadır.

Lipid metabolizması və xolesterin mübadiləsi xəstəlikləri

Lipid və xolesterin mübadiləsinin xəstəlikləri endokrinologiya və kardiologiyanın ortaq və aktual problemidir. Dünya əhalisinin əsas ölüm səbəbi olan ürək-damar sistemi xəstəliklərinin yaranmasinda xolesterin mübadiləsinin pozulmaları əsas amildir.

Pediatrik endokrinologiya

Müasir dövrdə 18 yaşa qədər olan körpə, uşaq və yeniyetmələrin endokrinoloji problemləri uşaq endokrinologiyasının tədqiqat obyektidir. Yetkin insanlarda olduğu kimi eyni problemlər uşaq yaşlarında da rast gəlinir.