Ana səhifə Məqalələr Xətalı və zərərli yemək davranışları

Xətalı və zərərli yemək davranışları

Xətalı yemə davranışlarının ən önəmliləri bunlardır :
– Normadan çox qida qəbulu;
– Xüsusən işləyən pasientlərdə təbii qidalar əvəzinə hazır, şəkərli, “fast food” tipli, enerji dəyəri yüksək qidalara meyillik;
– Aclıq hissi olmadan belə qida qəbulu;
– Axşam evə gəldikdən sonra yemək zamanına qədər az miqdarda “atışdırmaq” və sonra təkrar yemək;
– Sürətli yemək, böyük loxmalar almaq, az çeynəmək;
– Öyün adlatmaq və ya öyün aralarında davamlı bir şeylər yemək;
– Yemək yeyərkən başqa işlərlə məşğul olmaq (davamlı söhbət etmək, TV seyr etmək, oxumaq və s., hansı ki, bunlar yemə prosesini  uzadacaq;
– Uzun müddət süfrədə qalmaq;
– Sıxıntılı, stressli zamanlarda davamlı yemək;
– Ziyafət və dəvətlərə tez-tez qatılmaq;
– Axşam yeməyindən sonra yatıncaya qədar davamlı yemək, yüksək kalorili çərəz, ləbləbi, şirin meyvə və şirələr, şirin sular və s. davamlı    qəbul etmək;
– Gecə yuxudan durub yemək yemək;
– Su içməmək və ya az içmək, su əvəzinə enerjili içkilər istifadə etmək və s.

Paylaş: