Ana səhifə MəqalələrBilmək vacibdir Xəstəlik olaraq qəbul etmədiyimiz boy qısalıqları da vardırmı?

Xəstəlik olaraq qəbul etmədiyimiz boy qısalıqları da vardırmı?

Bəli vardır,bunlar əsasən iki qrupda cəmləşir:

Ailəvi boy qısalığı
Qısa boylu bəzi uşaqların ana-ataları və digər yaxın qohumları da qısa boyludurlar. Bunun səbəbi genetik amilə bağlıdır.Bu uşaqların hədəf boyları 3 percentilə və ya daha aşağıda ola bilər, amma böyümə sürətləri normaldır. Bir uşağı qiymətləndirərkən həkim onun yetkin yaşdakı boyunu təxmin etmək üçün ana və atasının boylarını nəzərə almalıdır.

Struktur böyümə və yetkinlik gecikməsi
Struktur böyümə və yetkinlik gecikməsi, tamamilə sağlam uşaqlarda yetkinlik inkişafında gerilik ilə birlikdə boyun müvəqqəti olaraq qısa qalmasıdır. Bu vəziyyət oğlan uşaqlarında daha çox görülür və xəstəlik deyildir. Bu uşaqların 3-4 yaşlarından etibarən boyları qısa,ancaq böyümə sürətləri normaldır.Oğlanlarda orta yetkinlik başlama yaşı 9-14 yaş, qızlarda 8-13 yaşdır. Qızlarda 13 yaş, kişilərdə 14 yaşına qədər yetkinlik əlamətlərinin başlamaması, bir araşdırma tələb edir. Struktur yetkinlik gecikməsi olan uşaqlarda erkən yetkinlik dövründə böyümə normal sərhədlərin altına düşür və eyni yaşdakı yoldaşlarına görə uşaq nisbi olaraq qısa boyludur,lakin yetkinliyin başlaması ilə böyümə sürətlənir və yetkin boy nəzərdə tutulan hədəf boya çatır. Bu uşaqlarda böyümə hormonu əskikliyi yoxdur və bunlara böyümə hormonu verilməsi göstəriş deyildir.

Paylaş: