Ana səhifə Məqalələr Uşaqlarda zob xəstəliyi olurmu?

Uşaqlarda zob xəstəliyi olurmu?

Təbii ki, qalxanabənzər vəzin xəstəlikləri uşaqlara da aiddir. Uşaqlarda anadangəlmə zob xəstəliyini aşkar etmək üçün yenidoğulmuşlarda topuq qanından götürülən hormon analizlərindən (TSH) istifadə edirik. Bu xəstəlik vaxtında aşkara çıxarılmazsa və gecikmiş yaxud düzgün olmayan müalicə fayda verməyəcəyindən bu uşaqlar gələcəkdə cəmiyyət üçün itirilmiş sayılır. Pediatrik praktikada əgər uşaqda dil böyüklüyü, səsdə kobudluq və qalınlaşma, piylənmə, boy qısalığı, boğulma hissi, cinsi inkişafda problemlər, əqli inkişafda gerilik, ödemlər və ya bu əlamətlərdən hansı birisə varsa, mütləq qalxanabənzər vəzin xəstəliklərini araşdırmaq lazımdır. Vaxtında diaqnostika edilməyən və buna görə də düzgün müalicə edilməyən uşaqlarda sonralar boy qısalığı, ağıl kəmliyi (kretinizm) kimi ciddi və ağır fəsadlarla üzləşə bilərik.

Paylaş: