Ana səhifə MəqalələrBilmək vacibdir Uşaqlarda boy qısalığı və inkişaf geriliyi problemləri

Uşaqlarda boy qısalığı və inkişaf geriliyi problemləri

Normal böyümə üçün sağlam həyat tərzi keçirmək, doğru-düzgün qidalanmaq və normal hormon tarazlığına sahib olmaq lazımdır. Sayılanlardan hər hansı birində problem olarsa qeyri-kafi böyümə baş verə bilər.Ana-atanın qazandığı ən əhəmiyyətli mükafatlardan və arzularından biri uşağının sağlam böyüdüyünü və inkişafını görməkdir.Valideynləri ən çox maraqlandıran suallar əsasən aşağıdakılardır:
Normal böyümə nədir?
Orqanizmin inkişafında, ümumiyyətlə, ən sürətli dövr bətndaxili inkişaf dövrüdür.Təxminən 9 aylıq bir hamiləlik müddətində ortalama 50 sm böyümə həyatımızın heç bir anında baş verməz.Həyatın ilk ili içində körpənin boyu 25 sm qədər uzanır və çəkisi isə üç dəfə artır.Beləliklə, doğulmasının bir ilini qeyd edən körpənin boyu ortalama 75 sm-ə, çəkisi isə ortalama 10 kq-a çatır. Bir yaşından sonra isə böyümə yavaşlayar. Təxminən iki yaşını aşmış olan uşaq nisbətən sabit sürətlə böyüyür və sonrakı illər ərzində təxminən eyni bir böyümə əyrisini təqib edir. Bu sabit böyümə yetkinliyin başlamasına qədər beləcə davam edir.Hər uşağın boyu yaşıdlarından fərqli olsa da, müəyyən bir sabitliklə böyüyərsə bu normal haldır.10-12 yaş dövrünə gələnə qədər hər iki cins ortalama eyni nisbətdə böyüyürlər. Yetkinlik çağının ilk əlamətləri qızlarda 10-11 yaş,oğlanlarda  isə 11-12 yaş arasında ortaya çıxır. Yetkinlik dövründə ikincili cinsi əlamətlərlə bərabər boy artımı sürətlənir.Boy artımı da qızlarda daha əvvəl baş verir.Ortalama olaraq qızlar 11-12, oğlanlar isə 13-14 yaşlarında ən sürətli böyümələrini yaşayarlar. Amma bunda fərqliliklər ola bilər. Belə ki, yetkinlik erkən və ya gec başlaya bilər, ümumiyyətlə ana və ya ata xüsusiyyətlərinə bənzərliklər ola bilər, individuallıq da təbii ki, nəzərə alınmalıdır.

Paylaş: