Ana səhifə Məqalələr Sümükləşmə nöqtələri tamamlandıqdan sonra böyümə hormonu verilə bilərmi?

Sümükləşmə nöqtələri tamamlandıqdan sonra böyümə hormonu verilə bilərmi?

Böyümə hormonu böyük yaşlı insanlara da verilə bilər. Lakin burada məqsəd başqadır. Pediatrik praktikada uşaqlarda və yeniyetmələrdə sümükləşmə nöqtələri tamamlandıqdan sonra boy uzatmaq məqsədi ilə böyümə hormonu mualicəsi verilə bilməz. Qızlarda adətən sümükləşmə nöqtələri oğlan uşaqlarına nisbətən daha tez tamamlanır. Bu, adətən 18-19 yaşlarda olur. Böyük yaşlı insanlarda böyümə hormonu verilməsinə əsas göstəriş xroniki yorğunluq sindromu, hipofizər yetməməzlik kimi hallardır. Çünki, bütün yaş dövrlərində bu hormona az da olsa ehtiyacımız vardır. Böyümə hormonunun verilməsi xüsusi həkim nəzarəti altında aparılmalıdır. Ehtiyacı qarşılamaq və düzgün müalicə aparmaq yalnız böyümə hormonunun yetərsizliyi diaqnozu qoyulduqdan sonra, mütəxəssis nəzarəti altında uğurlu ola bilər.

Paylaş: