Ana səhifə Diabet Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun vardır

Şəkərli diabetin müalicəsində bir-birinə bağlı üç ana sütun vardır

Pəhriz müalicəsi – Həyatda şəkər xəstəliyi qədər pəhrizə sıx bağlı ikinci xəstəlik yoxdur. Mütləq şəkər xəstələrinə uyğun dieta verilib, təlimatlandırılmalıdır. Xəstə pəhriz gözləmirsə, aparılan heç bir müalicə qənaətbəxş hesab edilə bilməz. Pəhriz xəstənin çəkisi, işi, yaşı, cinsi, bəden kütlə indeksi nəzərə alınmaqla verilməlidir. Ümumiyyətlə, insulin alan xəstələrimiz mütləq sutka ərzində altı dəfə 3 ana, 3 ara öyün omaqla qidalanmalıdırlar. Diabet xəstəsinin uzunmüddətli ac qalması yolverilməzdir.
İdman müalicəsi – fiziki fəallıq, hərəkət insulinin təsirini artırır, yağ toxumasını azaldır, periferik toxumaların insulinə həssaslığını artırır, qan təzyiqi və qanın yağlılığı normallaşır, beləcə dərmana olan təlabat azalır və pasientərin əhvalı yaxşılaşır, özünə inam hissi yüksəlir.

Dərman müalicəsi – bu insulin inyeksiyaları və ya xəstələrə uyğun individual təyin edilən tabletlərdir. 1-ci tip diabetli pasientlər dərman olaraq mütləq insulindən istifadə etmək məcburiyyətindədirlər. Bu xəstələrin vəziyyətdən asılı olaraq gündə 3-4 dəfə insulinə ehtiyacları ola bilər. Müasir təbabətdə rahat istifadə oluna biləcək insulin qələmləri istifadə olunur. 2-ci tip diabetli pasientlər, qan şəkərlərini salmaq üçün tabletlərdən daha çox fayda görürlər. Ancaq bu cür xəstələrin də yeri gəldikcə insulinlə müalicə edilmələri lazım gələ bilər. Olikohemoqlobin (HbA1C) dediyimiz göstərici optimal qlisemik kontrolun qızıl standartıdır. 3 ay ara ilə bu göstəricini və digər testlərə (tiroid, qaraciyər, böyrək funksional testləri, lipid profili, sutkalıq sidikdə mikroalbuminuriya testi və s.) göstərişə uyğun baxılması məsiəhətdir. 6 aydan bir diabetli pasientlər rutin olaraq kardioloji və göz müayinələri edilməlidir. Diabeti həyat tərzi olaraq qəbul edən, vaxtında kontrollara gələn xəstələr çox sağlam və aktiv bir həyat sürə bilərlər. Diabetlə əlaqədar inkişaf edən ağırlaşmalara, ümumiyyətlə, qan şəkərinin miqdarına yaxşı nəzarət olunmayan xəstələrdə rast gəlinir. Bu arzuolunmaz vəziyyətlərin profilaktikası erkən diaqnoz və adekvat müalicə metodları vasitəsi ilə mümkündür.

Paylaş: