Ana səhifə Diabet Şəkərli diabetdə idman zamanı nələrə diqqət etməliyəm

Şəkərli diabetdə idman zamanı nələrə diqqət etməliyəm

Uzun müddətli idman edəcəksinizsə daha az insulin qəbul etməyiniz və əlavə yemək yeməyiniz lazımdır. Bunu necə edəcəyinizi həkiminizdən soruşa bilərsiniz. Karbohidtrat ehtiyacını ödəmək üçün meyvə şirələri və ya yüngül şəkərli içkilər yaxşı alternativ ola bilər. Bunun sayəsində su ehtiyacınızı da qarşılaya biərsiniz.
– Yanınızda mütləq  bir qənd parçası  və ya meyvə şirəsi saxlayın.
– Yanınızda həmişə “Diabet xəstəsiyəm” kartınızı gəzdirin.
– Bir yerdə idman etdiyiniz dostlarınıza diabetiniz olduğunu deyin.
– Köməyə ehtiyacınız olduqda dostlarınıza nə etmələri gərəkdiyini izah edin (məsələn, Glukaqon vurmağı öyrədin)

Paylaş: