Ana səhifə Diabet Şəkərli diabet xəstələrinə məsləhətlər

Şəkərli diabet xəstələrinə məsləhətlər

-Diabet diaqnozu təsdiq olunmuşdursa təklif edilən müalicə üsullarına (dərman və ya insulin) və pəhrizə dəqiq bir şəkildə əməl edin.
-Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin.
-Diabet məktəbində dərslərə və kontrollara müntəzəm gəlin, təlimatlara dəqiq əməl edin, bilmədiklərinizi soruşun, suallar barədə qəbula gəlmədən öncə və unudulmasın deyə qeydlər edin.
-Nizamlı şəkildə qan şəkərinizi yoxlayın və qeyd edin.
-Altı ay fasilə ilə kardioloq müayinəsində olun.
-Ən geci ildə bir dəfə gözlərinizi müayinə etdirin.
-Fiziki fəallığı unutmayın, bu Sizə çox vacibdir.
-Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına səbəb olur. Peyvənd edilməsinə əks göstəriş yoxdursa hər il qış aylarında qrip peyvəndi olunun.

-Türkəçarələr (fitoterapiya, bioloji aktiv əlavələr və s.) və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçun, qeydlərinizi həkiminizə göstərin, işin mütəxəssisinə özünüzü etibar edin.
-Müntəzəm şəkildə diş həkiminə gedərək müayinə olunun.
-Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ayaqlarınızı ilıq su və sabunla yuyun, qurulayın.
-Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin və pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə bu tam həllolunan məsələdir.

Şəkərli diabetli xəstələrin müalicəsində “Diabet məktəbi” mühüm yer tutur və burada xəstələrə özünənəzarət, pəhriz, insulin müalicəsi zamanı diqqət ediləcək məqamlar, qan şəkərinin ölçülməsi qaydaları, ayaq baxışı və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vəsaitlərdən (slayd, videofilmlər və s.) də istifadə edirik. Diabet dərslərinə gəlməyinizin Sizə faydaları vardır. Şəkərli diabetin müalicəsi, son olaraq yuxanda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti altında etdirən şəxslərdə uğurlu ola bilər.

Paylaş: