Hipoqlisemiyalar Diabetli xəstələrdə daha çox rastlaşdığımız ağırlaşma olub, müalicə prosesini yenidən gözdən keçirmək üçün araşdırılmalıdır. Qanda qlükoza miqdarının azalmasına qarşı orqanizmin verdiyi kompensator cavablar aşağıdakılardır:
1. Qan şəkəri – 80 mg/dl-dən aşağı düşərsə insulin sekresiyasında azalma başlayır.
2. Qan şəkəri – 60 mg/dl-dən aşağı düşərsə orqanizimdə antiinsulin hormonlar yüksəlməyə başlayır. Bunlar-glükagon, adrenalin (epinefrin), kortizol, böyümə (GH) hormonudır.
3. Qan şəkəri – 55mg/dl-dən aşağı düşərsə şikayətlər başlayır.
4. Qan şəkəri – 40mg/dl-dən aşağı düşərsə şüur pozğunluqları başlayır və xəstə hipoqlisemik komaya girir.