Ana səhifə Məqalələr Qalxanabənzər vəzi xəstəliklərinin yodla əlaqəsi nədir?

Qalxanabənzər vəzi xəstəliklərinin yodla əlaqəsi nədir?

Qalxanabənzər vəz hormon istehsal edərkən yod elementindən istifadə edir. Bu elementin az olduğu, daha doğrusu dəniz səviyyəsindən yüksək olan zonalarda (Azərbaycanda daha çox Qax-Şəki-Zaqatala, Quba-Xaçmaz  rayonları endemik zona hesab olunur) zob xəstəliyinə çox rast gəlinir. Yod çatışmazlığını aradan götürməklə endemik zob xəstəliyinin qarşısını almaq olar. Bunun üçün yodlu duz  və onun düzgün istifadəsi (qapalı halda, günəş işığından qorunmaqla  saxlanılmalı, yeməyə bişirilmə prosesinin sonunda vurulmalı və s.), balıq məhsullarına, meyvə-tərəvəzə  üstünlük verilməsi və s.profilaktikada  vacib məsələlərdir.

Paylaş: