Ana səhifə Məqalələr Qalxanabənzər vəzi xəstəliyi diaqnozu qoyduqdan sonra necə müalicə edilir?

Qalxanabənzər vəzi xəstəliyi diaqnozu qoyduqdan sonra necə müalicə edilir?

Üç müalicə üsulu mövcuddur :
1.Dərman müalicəsi – Qalxanabənzər vəzin çatmayan hormonunu yerinəqoyucu,əvəzedici hormonal terapiya,yaxud əksinə hormon artıqlığı olduğu durumlarda antitiroid  dərman müalicəsi.
2.Radioaktiv yod müalicəsi.
3.Cərrahi müalicə.
Bunlardan başqa, əminlikə qeyd edə bilərəm ki, digər təqdim olunan, reklam olunan hansısa türkəçarə, fitoterapiya,qida əlavələri və ya digər müalicə üsullarının müasir qalxanabənzər vəzin xəstəliklərinin müalicəsində və fundamental təbabətdə yeri yoxdur.

Qalxanabənzər vəzin xəstəliklərindən əziyyət çəkən xəstələr, verdiyi şikayətlərə rəğmən bir çox ixtisas sahibi həkimlərin – daxili xəstəliklərlə məşğul olan mütəxəssislərin, ginekoloqların, nevropatoloqların, kardioloqların, dermatoloqların, hətta psixiatrların  və s. qəbulunda ola bilərlər. Amma bu xəstəliklərin müalicəsi daha çox endokrinoloq, göstəriş olduqda isə cərrah  və nuklear tibb mütəxəsislərinin  işidir. Çünki,bir çox hallarda ağırlaşmalarla qəbula gələn, vaxtında düzgün müayinə və müalicə planı seçilməmiş xəstələrlə kontakda olur,sonralar onları  bu vəziyyətdən çıxarmaq üçün xeyli zaman sərf etməli oluruq.Qalxanvarı vəzin xəstəliklərindən müalicə olunan xəstələr, təyin olunacaq dərmanlara fasilə verməməli, vaxtında kontrollara gəlməli, müalicədə özfəaliyyətlə məşğul olmamalı, daimi həkim nəzarətində olmalıdırlar. Müalicə prosesi isə modern təbabətdə qəbul olunmuş xüsusi rəhbərliyə – Guidline və konsepsiyalara mütləq şəkildə  əsaslanmalıdır.

Müalicədə üç vəziyyət ön plandadır:
1.Hormon çatışmazlığı olan zob xəstələrinə bu hormon dərman şəklində verilir. Bəlli aralıqlarla xəstə kontrollara gəlir, qan analizləri verir və adekvat, xəstəyə uyğun doza seçilir və əksər hallarda  dərman qəbulu ömürlük  verilməli və bunun mahiyyəti xəstələrə  izah edilməlidir.
2.Hormon artıqlığı olan xəstələrə hormon sekresiyasının qarşısını ala biləcək dərmanlar verilir. Müalicəyə tabe olmayan hallarda, hormon səviyyəsi normala düşdükdən sonra  əməliyyat və ya radioaktiv yod ilə müalicə edilir. Radioaktiv yod müalicəsi müasir təbabətdə toksiki zoblarda və qalxanbənzər vəzin xərçəngində əməliyyatdan sonra edilən çox gözəl və uğurlu nəticələrə müvəffəq olmağa səbəb olan müalicə üsuludur.
3.Hormonal dəyisiklik olmazsa, amma qalxanvari vəzdə  böyük düyünlər  olduğu vəziyyətlərdə, və ya xərçəng şübhəsi varsa, yaxud konservativ müalicəyə tabe olmayan, radioaktiv yod müalicəsinə əks göstəriş olduğu hipertireoz hallarında   cərrahi əməliyyat qaçılmazdır

Paylaş: