Ana səhifə MəqalələrBilmək vacibdir Piylənmənin yaratdığı xəstəliklər

Piylənmənin yaratdığı xəstəliklər

Göründüyü kimi, piylənmə təkcə estetik qüsur deyil, həm də çox ciddi bir xəstəlik olub, kifayət qədər də çox ağırlaşmaları vardır. Piylənmə xroniki və təkrarlayıcı bir xəstəlikdir və mütləq müalicə olunmalıdır. Burada məqsəd piylənməyə bağlı xəstəlik  və ölüm risklərini azaltmaq, xəstəyə yetərli və balanslaşdırılmış, düzgün qida alışqanlığı qazandırmaq və həyat  keyfiyyətini yüksəltməkdir. Müalicədə bədən kütləsinin  6 aylıq zamanda 10%  azaldılması uğurlu sayılır. Kilo verən pasientlərin ancaq 5%-i hədəf kilonu qoruya bilsə də, böyük bir qismi isə təkrar kilo alması faktdır, buna görə pozitiv enerji balansının saxlanmasında qidalanmanın çox önəmli rolu vardır. Yeyilən qidaların xüsusən  bəsit karbohidrat nisbətinin  yüksək olması, artıq alınan enerjinin orqanizmdə piyə dönüb depolanması ilə yeni çəki artmasına səbəb olmaqdadır. Xətalı qidalanma davranışları pasientləri piylənməyə aparan ana səbəbdir.
Piylənmənin endokrin formalarına  əsasən hipofizar və adipozogenital piylənmələr aiddir ki, bu zaman piy adətən, döş qəfəsi, bud əzələsi, sağrı əzələləri və qarnın aşağı hissəsində toplanmış olur. Bu xəstələr fiziki inkişafdan geri qalır-infatilizim meydana çıxır, cinsi orqanların inkişafdan qalması və kişilərdə evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması xarakterik əlamətlərdəndir. Hipofizar patologiya və sindromlar mütləq araşdırılmalıdır. Xüsusən hipofizin ön payının adenoması- Kuşing sindromu ağıla gəlməli, diqqətli araşdırılmalıdır.Kuşing sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıqlayır. Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (çatlaq və xətlər) görünür ki, bu da dəridə kollagen sintezinin azalması və s. proseslərlə əlaqədar meydana çıxır. Əlavə olaraq, bu xəstələrdə hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər.

Paylaş: