Pediatrik endokrinologiya
Müasir dövrdə 18 yaşa qədər olan körpə, uşaq və yeniyetmələrin endokrinoloji problemləri uşaq endokrinologiyasının tədqiqat obyektidir.Yetkin insanlarda olduğu kimi eyni problemlər uşaq yaşlarında da rast gəlinir.Pediatrik endokrinologiyada izlənən xəstəlik və problemlərin başlıcaları: böyümə-inkişaf geriliyi, boy qısalıqları, iştahsızlıq, erkən və gecikmiş yetkinlik (pubertə), şəkər xəstəliyi (xüsusən,T1DM-tip 1 diabetes mellitus), piylənmə (obezite), tireoid vəzi xəstəlikləri (hipo- və hipertireoidizmlər),böyrəküstü vəzin xəstəlikləri (anadangəlmə fermentopatiyalar-adrenal hiperplazi, adrenal çatışmazlıq, Kuşinq sindromu və s.),artıq tüklənmə (hirsutizm), adət nizamsızlığı, kalsium və metabolik sümük xəstəlikləri (raxit, osteogenezis imperfekta, vitamin D yetərsizliyi,hipo-, hiperkalsemiyalar), hipofiz vəzi xəstəlikləri, cinsi inkişaf pozğunluqları (mikropenis, enməmiş xayalar, şübhəli genital quruluş və hermofroditizmlər) və s. göstərmək olar.Eyni zamanda, Turner, Klaynfelter,Kalmann və s. bu kimi çeşitli bütün növ genetik sindromlar da uşaq endokrinologiyasının araşdırdığı xəstəliklər arasındadır.
Bütün növ endokrin xəstəliklərdə, xüsusən pediatrik praktikada dinamik testlərlə lazım olan hallarda mütləq diaqnoz dəqiqləşdirilməlidir, çünki, bir çox xəstəliklər həyat boyu təqib və müalicə tələb etdiyi üçün diaqnozun qoyulmasında xəta olmamalıdır.Yenidoğulmuşların anadangəlmə hipotireoidizm və konjenital adrenal hiperplaziya xəstəliklərindən vaxtında aşkarlanması üçün tarama skrininq testləri artıq bütün inkişaf etmiş ölkələrdə tətbiq edilir.
Mümkün fəsadlardan vaxtında qorunmaq, düzgün diaqnostika və müalicə olunaq üçün endokrinoloqun konsultasiyası çox vacibdir.