Ana səhifə MəqalələrBilmək vacibdir Kimlər qısa boylu sayılır?

Kimlər qısa boylu sayılır?

Qısa boy – ölçülən boyun o yaş və cinsə görə normal böyümə əyrilərinin alt sərhədinin (3 percentil) altında olmasıdır. İllik boy artımının o yaşa görə normaldan az olması vəziyyətində böyümə sürəti qeyri-kafi olaraq qiymətləndirilir.İllik artım sürəti normada 1-2 yaş arasında təxminən ildə 10-12 sm, 2-4 yaşlarında isə təxminən ildə 6-8 sm-dir.Yetkinliyə qədərki dövrdə hər iki cins 5-6 sm olaraq illik artım göstərməlidir.Yetkinlik dövründə isə qızlar illik 6-8 sm, oğlanlar isə 6-12 sm böyüyə bilərlər.

Paylaş: