Ana səhifə Diabet Hipoqlisemiya

Hipoqlisemiya

Hipoqlisemiya – qan şəkərinin 70 mg/dl (3,8 mmol/l) – dən aşağı düşməsini ifadə edən bir sindromdur. Şəkərli diabet zamanı qan şəkərinin 55 mg/dl – dən aşağı düşməsi hipoqlisemiya hesab olunur.  Diabetli xəstələrdə hipoqlisemiya – uzun müddət ac qalma, pəhrizin pozulması, artıq insulin inyeksiyası, ağır idman, fiziki iş və s. fonunda əmələ gəlir. Diabetli xəstələrdə və ümumiyyətlə hipoqlisemiya ciddi fəsad olub, həyati önəm daşımaqdadır. Hipoqlisemiya hökmən müdaxilə gərəkdirir və təcili şəkildə qan şəkəri normal səviyyələrə qaldırılmalıdır. Normalda insanlarda qan şəkəri – 70-140 mg/dl arasında olur. Şəkərli diabetə aidiyyatı olmayan başqa xəstəlik və sindromlarda rast gəlinən hipoqlisemiya formaları da vardır ki, bunlar da mütləq şəkildə endokrinoloq tərəfindən araşdırılıb müalicə edilməlidir.

Hipoqlisemiyanın əsas səbəbləri:

• Insulinomalar, qastrinomalar və digər endokrin xarakterli adenom və şişlər;
• Uzun müddətli aclıq;
• Alkaqol qəbulu;
• Xəstəxanada yatan xəstələrdə şoklar, insulin müalicəsi və xəstənin yetərsiz qidalanması;
• Ağır idman;
• Diabetli ananın uşağı (yenidoğulmuşların hipoqlisemiyası);
• Panhipopitiutirizim (hipofizar yetməməzlik);
• Qlikogen depo xəstəlikləri;
• Addison xəstəliyi;
• Qalaktozemiya xəstəliyi;
• Ağır forma qaraciyər və böyrək xəstəlikləri;
• Sepsis;
• Anoreksiya nevroza kimi psixiatrik hallar;
• Insulin və digər tərkibli pereparatların xəstənin özü yaxud kimsə tərəfindən qəbul olunması və s.

Paylaş: