Ana səhifə Məqalələr Hamiləlikdə böyrəküstü vəz xəstəlikləri

Hamiləlikdə böyrəküstü vəz xəstəlikləri

Hamiləlikdə böyrəküstü vəz xəstəlikləri həm ana, həm də döl üçün bəzi risklər daşımaqdadır. Bu durum xüsusən əvvəlki dövrlərdə daha çox önəmli idi, çünki böyrəküstü vəz xəstəliyi yüksək nisbətlərdə ana ölümünə səbəbi idi. Məsələn, feoxromositomalı hamilə 50-55% hallarda ölüm riski ilə qarşı qarşıya idi. Günümüzdə uyğun müalicə və təqiblərlə böyrəküstü vəz xəstəliyi olanlarda da hamiləlik sağlam və normal bir şəkildə sonlandırılır. Әn çox rast gəlinən konjenital adrenal hiperplaziyalar (KAH) – ferment defisitinə bağlı anadangəlmə böyrəküstü vəzin hiperplaziyasıdır ki, bu zaman hamilə protokola uyğun nəzarətdə saxlanılmazsa erkən və ölü doğum, xüsusən qız övladlarında şübhəli genitaliya, tüklənmə problemləri ilə qarşılaşa bilərlər.
Kuşinq sindromu, primer hiperaldesteronizm, feoxromositoma kimi daha ağır patologiyalar əsasən cərrahi müalicə tələb edərək daha ciddi monitorinq istəyir. Addison xəstəliyi, böyrəküstü vəz yetməməzliyi və hamiləlikdə steroid pereparatların qəbulu da endokrinoloq nəzarəti tələb edir.

Paylaş: