Ana səhifə Məqalələr Hamiləlik diabeti və onun müayinəsi

Hamiləlik diabeti və onun müayinəsi

Hamiləlikdə endokrin patologiyalar içərisində ən çox rast gəlinən problemlərdən biri hamiləlik (gestasional) diabetidir. Problemin aktuallığı, artan piylənmə, genetik və ətraf mühit faktorlarına bağlı olaraq çox yayılması, asimptomatik (gizli,şikayətsiz) inkişaf etməsi ilə əlaqədardır. Hazırda müasir protokollara görə hər bir hamilənin 24-28-ci həftələrində hamiləlik diabeti baxımından araşdırılması üçün şəkər yükləmə testi olunması tövsiyə olunur.
Әvvəlcədən bilinən diabeti olan xəstədə hamiləliyin baş verməsi (pregestasional diabet) daha ciddi risklər yaratdığı üçün mütləq endokrinoloq kontrolu altında müalicə edilməlidir.

Paylaş: