Ana səhifə MəqalələrBilmək vacibdir Endokrinologiya bölməsində aparılan proseduralar

Endokrinologiya bölməsində aparılan proseduralar

Endokrinoloji  xəstələrin şikayətlərinə və patologiyaya uyğun tam müayinəsi (anamnezin toplanması,obyektiv müayinə və s.)
– Arterial təzyiqin,qan şəkərinin ölçülməsi,boyun,çəkinin, qarın çevrəsinin ölçülməsi, BKİ (bədən kütlə  indeksinin) təyini,ağ ciyərlərin, ürək tonlarının auskultasiyası,qarın boşluğu üzvlərinin detallı müayinəsi
– Dinamik test otağında endokrin xəstəliklərin diaqnostikasında mühüm əhəmiyyət kəsb edən bütün növ endokrin testlərin aparılması
– Şəkərli diabet xəstələrinin dünya standartlarına uyğun diaqnostika, müalicəsi və  təqibi, qan şəkərinin təqib dəftəri, pəhrizlərin verilməsi, pasientlərə fərdi diabet məlumatlarının, broşurlər və s. verilməsi
– “Diabet məktəbi”şəkərli diabetlə məşğul olan bütün tibb müəssisələrində olmalı və diabet təliminin verilməsində  mühüm  yer tutmaqdadır. Diabet dərslərində əyani vasitələr ve video materiallar istifadə olunur.
– Qalxanabənzər vəzin xəstəliklərinin tam diaqnostikası, müayinəsi və müalicəsi
– Sümük yaşının təyini və boy qısalığının protokola uyğun müalicəsi
– Piylənməsi olan,artıq çəkidən əziyyət çəkən pasientlərin ətraflı müayinəsi müalicə, pəhriz və məsləhətlərin verilməsi
– Endokrin mənşəli hipertoniyaların diaqnostika və müalicəsi
– Gastroenteropankreatik-neyroendokrin tümerlərin (şişlər) diaqnostikası, endokrin yöndən müalicəsi və təqibi
– Osteoparozların  və sümük metabolik xəstəliklərin, qalxanabənzərətraf vəz, vitamin D yetərsizliyi, kalsium, fosfor mübadiləsi və bu kimi digər metabolik  xəstəliklərdə  gudiline uyğun olaraq diaqnostika və müalicə
– Hipofiz-hipotalamus xəstəlikləri (Kuşing xəstəliy, Akromeqaliya, prolaktinomalar, şəkərsiz diabet, hipofizar nanizm (cırtdanboyluluq) və s.) araşdırılması və müalicəsi
– Böyrəküstü  vəz xəstəliklərinin (Addison xəstəliy, Konn sindromu, feoxromositoma, adrenal yetərsizlik sindromları və s.) araşdırılma və müalicəsi
– Endokrin mənşəli qadın və kişi  sonsuzluğunun, hipoqonadizm, pubertə gecikməsi, aybaşı pozğunluğunun və bu kimi digər cinsi vəzlərin müxtəlif patologiyalarının   araşdırılması və müalicəsi
– Pasientlərə hər mövzuda dəstək olaraq onların lazım olan hallarda xarici həkimlərlə konsultasiyalarının təşkil olunması və s.

Paylaş: