Ana səhifə Məqalələr Diaqnozun qoyulmasında daha hansı məqamlara diqqət edilməlidir?

Diaqnozun qoyulmasında daha hansı məqamlara diqqət edilməlidir?

Nəticə olaraq, boy qısalığı ilə qarşılaşan bir həkimin böyümə hormon yetərsizliyini düşünməmişdən əvvəl struktur və ailəvi boy qısalığını inkar etməsi lazımdır. Struktur boy qısalığında tipik böyümə əyrisi, sümük yaşı geriliyi, yetkinlik gecikməsi, ailə anamnezi diaqnoz qoyduracaqdır. Ailəvi boy qısalığında qısa boylu valideynlər, normal böyümə sürəti, normal sümük yaşı diaqnozu düşündürür. Əgər bu “normal” boy qısalıqları düşünülməzsə, bədən nisbətləri qiymətləndirilir. Bədən nisbətlərində anomallıq böyük ehtimalla skelet displaziyalarını ağla gətirməlidir. Bətndaxili boy qısalığı, genetik sindromların, xromosom patologiyalarının bir göstəricisi ola biləcəyi kimi idiopatik, yəni səbəbi bilinməyən də ola bilər. Boy qısalığında bütün bu sadalananlar və digər səbəblər tək-tək araşdırılmalı və inkar olunmalı, xəstəyə dəqiq diaqnoz qoyulmalıdır, çünki bu müalicədən çox asılıdır.

Paylaş: