Ana səhifə Diabet Diabetli xəstələrdə digər stomatoloji şikayətlər

Diabetli xəstələrdə digər stomatoloji şikayətlər

Diabetli xəstələrdə bundan başqa, digər stomatoloji şikayətlərə əsasən dad duyğusu pozulmaları, dil ağrıları, coğrafi dil, dildə olan problemlər (qlossitlər), diş çürüklərində artma, paradontal xəstəliklər dediyimiz diş əti xəstəlikləri, diş ətində heperesteziya, yəni həssasiyyətin artmağı, oral kandidozlar (göbələk xəstəlikləri), təkrarlayıcı peredontal abseslər, yaraların sağalmasının gecikməsi, nəfəsdə aseton qoxusu və s. aiddir. Diabetli xəstələrimiz üçün beynəlxalq protokollarda daha çox stomatoloqlara sabah randevuları tövsiyə olunur. Hipolisemiya, yəni qan şəkərinin düşməsi baxımından xəstələrə diqqətli olmaq lazımdır. İnfeksiya varlığında antibiotik tədavisi və antibiotik verilməsi unudulmamalıdır. Xroniki infeksiyaların təkrarına qarşı diqqətli olmaq lazımdır. Bu xəstələrdə diş proseduralarından sonra bir müddət ac qaldıqları üçün əgər əməliyyat olunacaqlarsa xəstələr həkimlərlə məsləhətləşmələri və şəkərə aid dərmanları qəbul etməmələri məsləhətdir.Əgər ümumi anesteziya altında major bir cərrahiyə əməliyyatı olunacaqsa xəstə həkimlə danışılaraq 48 saat öncədən həmin dərmanların kəsilməyi lazımdır. Qida alımının gecikməsi gözlənildiyi üçün hipoqlisemiyanı nəzarətdə saxlamaq lazımdır. Qan şəkərini həmin xəstələr daha tez-tez ölçülməlidirlər. Xəstələr uzun müddət həkim kontrollarında gözlədilməməlidir. Ağrı kontrolu üçün ağrıkəsici dərmanlar istifadə olunmalıdır.

Paylaş: