Ana səhifə Diabet Diabet səbəbi ilə uzun müddətdən sonra qarşımıza çıxa biləcək ağırlaşmalar nələrdir?

Diabet səbəbi ilə uzun müddətdən sonra qarşımıza çıxa biləcək ağırlaşmalar nələrdir?

Diabet xəstəliyi ağırlaşmalara səbəb olduğu üçün çox ağır bir xəstəlikdir. Şəkərli diabetin müalicəsində məqsəd həm xəstənin həyat fəaliyyətinin keyfiyyətini yüksək tutmaq, həm də uzun müddət ağırlaşmaların qarşısını almaqdır. Diabetlə bir qayda olaraq uzun illər sağlam və problemsiz yaşamaq mümkündür. Ancaq qanda şəkər uzun müddət yüksək qalarsa bəzi insanların gözlərində, böyrəklərində, sinirlərində və ayaqlarında problemlər ortaya çıxa bilər. Şəkərli diabetlilərdə ürək-damar xəstəlikləri riski artmışdır və mütəmadi kardioloq kontrolunda olmaları şərtdir.
Bu ağırlaşmalardan qorunmaq üçün qanda şəkərinizi normal səviyyədə tutmaq vacibdir. Qanda şəkərinizi tez-tez ölçüb, normal rəqəmlərə yaxın səviyyələrdə olmasını təmin edə bilməniz gözlənilən ağırlaşmaların qarşısını ala bilmək deməkdir.

Paylaş: