Diş müalicəsi üçün anesteziya tətbiq olunacaq xəstələrdə epinefrin tərkibli anestetik dərmanlardan qaçınılmalıdır. Əgər diabetik neyropatiya varsa bu qrup dərmanlar çırpıntı və ürəkdə ritm pozğunluqlarına yol aça bilər. Kontrolsuz xəstələrdə ciddi diş müdaxilələrindən əvvəl tibbi kontroldan keçilməlidir. Qanaxma və infeksiya riskinə görə qanda şəkər yüksəkdirsə diş çəkilməsi və dişəti müdaxilələri edilməməlidir. Əgər mümkünsə müalicə yaxşı şəkər kontrolu alınana qədər gecikdirilsin. Diş implantasiyası və digər cərrahi müdaxilələr zamanı optimal qlisemik kontrol və HbA1C dəyərləri 6,5-7,0 % civarında olmalıdır.
Lakin diabetin özü və insulin istifadəsi,ağız içi müdaxilələr üçün heç bir maneə ya da təhlükə yaratmaz. Lazım olarsa,xəstələr antibiotik müalicəsini də rahatlıqla edə bilərlər.
Ağız boşluğu problemlərinin diabet müalicəsini çətinləşdirdiyi və şəkər kontrolunu pozacağı da nəzərə alınaraq bu problemlərlə vaxtında mübarizə aparmaq lazımdır.