Böyrəküstü vəzi xəstəlikləri
Böyrəküstü vəzin xəstəlikləri tireoid və endokrin pankreas( mədəaltı vəzi) xəstəliklərinə baxmış az rast gəlinsə də, daha şiddətli olub, mütləq şəkildə müalicə tələb edir.Vəzin xəstəlikləri adətən yetməməzlik və ya hormon artıqlığı yaradan adenomlara bağlı olaraq qarşımıza çıxır.Adətən vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək vəziyyəti aradan götürürlər.Qabıq maddə hormonlarının yetərsizliyi isə həm hipofiz vəzin hipofunksiyasına bağlı, həm də vəzin özünə bağlı olaraq yaranır.Aldesteron yetərsizliyindən daha çox qlükokortikoid ismi verdiyimiz başda kortizol çatışmazlığı olmaqla yaranan Addison xəstəliyi kimi tanıdığımız problem endokrinoloqların daha çox qarşılaşdığı xəstəliklərdəndir.Stress, cərrahiyyə, hamiləlik, doğum kümi xüsusi hallarda adrenal kriz dediyiniz ciddi həyat hormonu olan kortizolun defisitini önləmək üçün bu xəstələr ömür boyu müalicə və kontroldan savayı xüsusi təlimat da almalıdırlar.Qabıq maddənin funksional hormonal aktiv adenomlarına Kuşinq sindromu adı verdiyimiz kortizol artıqlığı və Konn sindromu kimi isimləndirdiyimiz aldesteronun artıq sekresiyasına bağlı xəstəliklər də cərrahi müdaxilə və xüsusi konsepsiya tələb edərək müalicə olunan və sağalan xəstəliklərdəndir.Təsadüfi müayinələrdə tapılan insidental dediyimiz düyünlər də funksionallıq baxımından araşdırılmalı, bəlli ölçülərə çatanadək kontrolda saxlayıb lazım olan halda cərrahiyə üsulu ilə müalicə olunmalıdırlar.Böyrəküstü vəzin beyin maddəsinin ən çox rast gəldiyimiz xəstəliklərindən feoxromositoma adı verilən adenomlarıdır ki, bunlar artıq katexolamin istehasal etməklə xəstəni həyat üçün təhlükəli hipertonik krizlər və ölüm təhlükəsi ilə qarşı qarşıya qoyurlar.Qeyd edək ki, feoxromositoma həmişə böyrəküstü vəz mənşəli olmur.Ümumiyyətlə, hipertoniya və xüsusən gənc yaşlarda və ailəvi çox yaxınlıq olan hipertoniya xəstəliklərində məsələyə geniş baxaraq başda feoxromositoma və bənzəri endokrin hipertoniyaların araşdırılması üçün endokrünoloqun baxışı olunmalıdır.
Bu xəstəliyin də müalicəsi cərrahi olub, daimi nəzarət tələb edir.
Böyrəküstü vəzin bir də daha çox pediatrik praktikada rast gəldiyimiz anadangəlmə ferment defisitlərinə bağlı xəstəlikləri olur ki, bunlar da daha çox cinsi hormon problemləri ilə özünü göstərir.İrəli yaşlarda xüsusən qadınlar arasında tüklənmə, adət düzənsizliyinin səbəbi məhz konjenital adrenal hiperplaziya adı verdiyimiz fermentopatiyalar olur.Kişilərdə isə erkən cinsi inkişaf, boy qısalığı, xayalarda TART( testikulyar adrenal rest tümör) adı verilən ciddi problemlərə qədər qarşılaşırıq.Endokrinologiyada böyrəküstü vəzi xəstəlikləri həm də cinsi hormonlar istehsal etdikləri üçün həmişə bir yerdə araşdırılır, məsələyə kompleks baxılır.
Xidmət sahəmizə aid olan böyrəküstü vəzin xəstəlikləri tərəfimizdən hərtərəfli araşdırılaraq müalicə edilir.