Ana səhifə Məqalələr Boy qısalığının müalicəsi necə aparılır?

Boy qısalığının müalicəsi necə aparılır?

Müalicəsi boy qısalığının səbəbindən birbaşa asılıdır. Müalicənin uğuru səbəbin tapılmasından çox asılıdır. İlk öncə valideynlərə düzgün qidalanma, o cümlədən yuxu rejiminin əhəmiyyəti başa salınmalıdır. Uşaq pendir, yumurta,süd məhsulları ilə zəngin qidalanmalı, açıq havada çox olmalı, meyvə-tərəvəz və çox su içməyə provakasiya edilməlidir.Tez yatmalı,mobil və kompyüter radiasiyasından  mümkün olduğu qədər uzaqlaşmalı,idman etməli,açıq havada çox olmalıdır. Zərərli qida və digər vərdişlərdən çəkinməlidir. Ehtiyac olduğu hallarda vitamin, mineral komplekslər dəstəyi verilə bilər. Xəstəliyin dərman müalicəsində hormon yetərsizliyi təsdiq olunarsa mütləq qiymətli zamanı itirməmək üçün müalicə başlanmalıdır.

Xəstəliyin dərman müalicəsində hormon yetərsizliyi təsdiq olunarsa mütləq qiymətli zamanı itirməmək üçün müalicə başlanmalıdır. Amma mütləq diaqnozun qoyulmasında illik, rübluk dərmansız boy təqibləri də nəzərə alınmalıdır. Praktikamızda daha çox böyümə hormonunun sintetik analoqu olan somatotropin adı verdiyimiz eyni böyümə hormonu qələm formalarında istifadə edilməkdədir. Bu xüsusi təlimat tələb edən bir müalicə üsuludur. Müalicə, ümumiyyətlə, illərcə davam edir. Böyümə hormonu müalicəsi hər gün dəri altına inyeksiya şəklində tətbiq olunmaqdadır.Bu xüsusi yalnız həkim endokrinoloq nəzarətində aparılan müalicədir. Böyümə hormonu verilməklə hədəf və arzuolunan  boyuna çata bilən xeyli sayda xəstələr vardır.

Paylaş: