Ana səhifə Məqalələr Boy qısalığında hansı qan analizləri aparılmalıdır?

Boy qısalığında hansı qan analizləri aparılmalıdır?

Fiziki  müayinə edildikdən sonra, böyümə kartları və rentgen filmi həkim tərəfindən araşdırıldıqdan sonra uşağın boy qısalığına yol aça biləcək böyrək, mədə-bağırsaq, ürək, qalxanabənzər vəzi, sümük xəstəliklərinin olub olmadığını bilmək üçün fərqli qan testləri edilməlidir. Böyümə hormonu əskikliyi ilə əlaqədar testlər ancaq boy qısalığına yol aça biləcək digər səbəblərdən uzaqlaşdıqdan və uşağın illik böyümə sürətinin qeyri-kafi olduğuna əmin olduqdan sonra edilə bilər. Böyümə hormonunun qandakı səviyyəsi gün içərisində geniş dalğalanmalar göstərdiyindən böyümə hormonu əskikliyini təyin etmək üçün xüsusi testlər tələb olunur.Labarator olaraq  qanın,sidiyin,nəcisin ümumi analizi,eritrositlərin çökmə sürəti, natrium, kalium, kalsium, fosfor, alkalen fosfataza, albumin, qaraciyər, böyrəklərin funksional testləri, tuberkulin testi və ya lazım olarsa döş qəfəsi üzvlərinin Rentgen müayinəsi, Çolyak, Kron xəstliyinə bağlı müayinələr edilməlidir. Tam hipofiz, qalxanabənzər vəzi hormon profili, beyin MRT müayinəsi olunmalıdır. Genetik sindromların tərkib hissəsində boy qısalığı olması unudulmamalı, kariotip lazım olarsa başqa genetik analizlər də edilməlidir. IGF-1,IGFBP3 təyini olduqca faydalı və boy qısalığında ilk istənəcək analizlərdəndir.

Paylaş: