Ana səhifə Məqalələr Akromeqaliya xəstəliyinin müalicəsi

Akromeqaliya xəstəliyinin müalicəsi

Medikamentoz müalicə: Akromeqaliya xəstəsinin dərman müalicəsi və kontrolu yalnız həkim endokrinoloqun işidir.Lakin multidistiplinər yaxınlaşma şərtdir. Əgər cərrahi üsul effekt verməzsə, o zaman böyümə hormonunun sintezini azaltmaq və ya təsirlərini aradan qaldırmaq məqsədi ilə bir neçə dərman preparatlarından istifadə edilir.
Şüa müalicəsi: Medikamentoz və cərrahi müalicə nəticə verməzsə şiş hüceyrələrini öldürmək (ablasiya) məqsədi ilə xəstəyə süa müalicəsi tətbiq olunur. Akromeqaliya xəstəliyi müalicə olunmazsa çox ciddi şikayətlər yaranmasına səbəb ola bilər.Müalicə üçün hansı üsülun seçilməyindən asılı olmayaraq, əsas məqsəd hormon səviyyəsini kontolda saxlamaq və yaşam keyfiyyətini artırmaq lazımdır.Bunun üçün daima həkim nəzarətində olmaq, baş verən hər bir dəyişikliyi doktorunuza mütləq deməyiniz lazımdır.

Paylaş: