Ana səhifə MəqalələrBilmək vacibdir Akromeqaliya xəstəliyinin diaqnozu necə qoyulur?

Akromeqaliya xəstəliyinin diaqnozu necə qoyulur?

Akromeqaliya diaqnozunu təsdiqləmək üçün aşağıdakı laborator analizlər lazımdır: İGF-1:bu hormon Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez edilib, böyümə hormonun təsirini aktivləşdirir. Aktromeqaliya xəstəliyində bu hormonu səviyyəsi həmişə yuxarı olur. Böyümə hormonu: Akromeqaliya xəstəliyində qandakı böyümə hormonuna da baxılmalıdır. Bu hormona evvəl ac qarına, sonra lazımi miqdarda qlükoza verildikdən sonra müəyyən zaman müddətində təkrar hormonun səviyyəsinə baxılır. Normalda qlükoza yükləmə testi verildikdən sonra əgər böyümə hormonu səviyyəsi aşağı düşməzsə bu akromeqaliya xəstəliyinin diaqnozunu təsdiqləyir. Bütün hipofiz hormonları, qanın biokimyəvi analizi, ultrasəs müayinəsi ilə qarın boşluğu üzvləri və qalxanabənzər vəzi ( medulyar tireoid kanseri riski belə xəstələrdə yüksək olur) müayinəsi, kardioloji müayinələr,ag ciyərlərin rentgen və mədə-bağırsaq sisteminin endoskopik müayinəsi də akromeqaliya xəstələrində edilməlidir.Kuşinq xəstəliyi, mix adenomlar ağıla gəlməli xəstə hərtərəfli araşdırılmalıdır.Akromeqaliya ikincili bir şəkərli diabet və hipertoniya səbəbidir. Akromeqaliya xəstəliyini hipofiz vəzin MRT müayinəsi ilə təsdiqləmək lazımdır.Əgər hipofiz vəz MRT-si heç bir nəticə verməzsə, o zama döş və qarın boşluğunun da tomoqrafiyası və digər müayinə üsulları ilə xəstəlik təsdiq olunmalıdır.

Paylaş: