Ana səhifə Məqalələr Akromeqaliya xəstəliyinin əlamətləri hansılardır?

Akromeqaliya xəstəliyinin əlamətləri hansılardır?

Əsas klinikanı verən artmış böyümə hormonu və insulinə bənzər boy faktoru -1 təsirindən sümüklərdə eninə və uzununa böyümə artır, diastema – diş aralanır, əl-ayaq genişlənərək böyüyür, əng, alın sümüyü qalınlaşaraq önə çıxır, xəstədə üz quruluşu dəyişir. Kəllə tağının böyüməsi, burun sümüklərinin böyüməsi, proqnatia-çənənin önə və arxaya genişlənərək böyüməsi, almacıq sümükləri genişlənir, kifoz, skolioz əmələ gəlir.Yumşaq toxumada olan dəyişikliklər – üz xəttləri kobudlaşır, göz ətrafı ödemlər, şişkinliklər əmələ gəlir, makroqlossia (dilin böyüməsi), distal orqanlar yumşaq toxumanın hesabına böyüyür, tərləmə ciddi şəkildə artır, üzük,əlcək,corab,ayaqqabılar dar gəlir. Üz xəttləri qabalaşır.Vokal kordlar (səs telləri) qalınlaşır və səs xırıltılı olur. Başın dərisində qırışlar (cutis verticis gyrata) yaranır. Karpal tunel sindromu-bilək sümüklərinin sıxılması, biləkdə ağrılar olur. Uyku apne sindromu – gecə xorultuları baş verir. Böyümə hormonunun artmasına bağlı ümumi və daxili orqanlarda dəyişikliklər – hiperhidroz, piylənmə-obezite, hissiyyat pozğunluğu-paresteziyalar, oynaq ağrıları, fotofobuyalar, dəridə papillomalar, tüklənmə-hirsutizm, qalxanvari vəzin böyüməsi-ur, orqanomeqaliya, hipertoniya, akantozis nigricans, kardiomeqaliya, hepatomeqaliya, böyrək daşı, bağırsaqlarda genişlənmələr baş verir və kanserlərə tutulma riski artır.Baş ağrıları önəmli şikayətlərdən biridir. Süd vəzisində, prostat, hemotoloji kanser ehtimalı artır. Miopatiya, əzələ gücsüzlüyü olur, yoğun bağırsaqda poliplər artır, epilepsiya tutmaları ola bilər.

İkincili endokrin funksional pozğunluqlar – hiperinsulinizm, qlükoza intoleransı, şəkərli diabet, amenoreya, menstrual pozğunluqlar, kişilərdə impotensiya və ginekomastiyalar baş verir.Autoimmun endokrin sindromlar araşdırılmalı hiperparatiriodizm (MEN-1), pankreas tümörləri, nadir hallarda şəkərsiz diabet(diabetus insipidus)da ola biləcəyindən problemə poliendokrin patologiya kimi baxmaq lazımdır. Əsas ağirlaşmaları kardiovaskulyar (ürək çatmamazlığı) və kolon kanserləridir.Ölüm səbəbi əsasən kardiomeqaliya və ürək çatmamazlığıdır.Akromeqaliya qəflətən deyil, uzun müddət ərzində yaranan dəyişikliklərə səbəb olan xəstəlikdir.Ona görə əsasən gec aşkara çıxır.Ən çox rast gəlinən klinik əlamətləri sistemləşdirsək bunlar aşağıdakılardır:

Sümük və dəri dəyişiklikləri. Əl və ayaqlarda böyümə

Dərinin kobud və yağlı görünüşü

Mülayim hirsutizm

Tər vəzilərində hiperfunksiya səbəbindən tərləmənin artması

Oynaqlarda ağrı, hərəkət məhdudluğu.

Baş və üzvlərdəki dəyişikliklər:

1. Üz xətlərində kobudlaşma

2. Periorbital(göz ətrafı) ödemlər

3. Alt çənənin böyüməsi nəticəsində çeynəmədə narahatçılıq

4. Dildə böyümə(makroqlossiya)

5. Vokal kordlar qalınlaşır,səs xırıltılı olur. Tipik səs, akromeqaliya nitqi olur, sanki səs burun-udlaqdan çıxır.

6. Xoruldama

Paylaş: