Ana səhifə MəqalələrBilmək vacibdir Akromeqaliya xəstəliyində müalicəmizin məqsədi nədir?

Akromeqaliya xəstəliyində müalicəmizin məqsədi nədir?

· Hipofiz vəz adenomunun böyüməsinin qarşısını almaq.
· Böyümə hormonu və İGF-1 göstəricilərini normaya salmaq.
· Adenoma bağlı olaraq yumşaq toxumada yaranan şikayətləri aradan qaldırmaq.
· Yaşam keyfiyyətini artırmaq.
Düzgün müalicə olunarsa kobudlaşmış dəri və yumşaq toxumadakı şişkinlik düzələr. Lakin böyümüş sümükləri kiçiltmək olmur, sadəcə olaraq sümüklərin daha da qalınlaşma və böyüməsinin qarşısını almaq olur.Müalicəyə xəstənin yaşı, şikayətləri,adenomun yeri və ölçüsünə görə qərar verilir. Müalicə taktikasında medikamentoz, cərrahi və süa müalicəsi üsullarından istifadə edilir.
Cərrahi müalicə: Akromeqaliyalı xəstəliyində məsləhət görülən ilk üsul cərrahi yolla hipofiz adenomunun çıxarılmasıdır.Əməliyyat selektiv,seçici və total olmaqla adenomun çıxarılmasına yönəlməlidir.Adenomun ölçüsü nə qədər kiçik olarsa, əməliyyat bir o qədər uğurlu olur. Əgər əməliyyatdan sonra böyümə hormon səviyyəsi yenə yüksək qalarsa o zaman digər müalicə üsullarından da istifadə olunur.

Paylaş: