Ana səhifə Məqalələr Akromeqaliya nədir?

Akromeqaliya nədir?

Akromeqaliya – yunan sözü olub, “Akros”-üzvlər, “Megalos”-böyümə deməkdir. Böyümə hormonunun hipofiz vəzindən (GH) artıq sekresiyasına bağlı tədricən inkişaf edən, bir çox ağırlaşmalarla müşahidə olunan, əsasən də üz, əl və ayaqlarda qalınlaşma, böyümə ilə xarakterizə olunan xroniki-proqressiv gedişli nadir xəstəlikdir. Akromeqaliya çox gizli gedişli, illərlə inkişaf edən xroniki bir xəstəlikdir. Xəstəlik çox vaxt xəstə və yaxınları bunun heç fərqinə varmadan, şikayətlər artdığı zaman detallı araşdırmalar zamanı məlum olur.Ancaq həkim mütəxəssis sadəcə xəstəni görən zaman akromeqaliya haqqında təsəvvür yaranır. Akromaqaliya ən çox orta yaşlı kişi və qadınlarda rast gəlinir. Qadın kişi nisbəti 1:1 dir. Dünya miqyasında əhalinin hər bir milyonuna 40-50 nəfər akromeqaliya xəstəsi düşür. Əgər epifizlər qapanmırsa, xəstəlik yeniyetməlik (prepubertal və pubertal) dövrə düşərsə bu zaman giqantizm adlanır. Belə uşaqlar çox uzun boylu olurlar. Akromeqaliya yaranmasında çox vaxt səbəb hipofiz vəzində adenom adı verilən xoş xassəli şişlərdir. Hipofiz vəzi, beyinin aşağı hissəsində, gözlər və burun boşluğunun arxasında yerləşən, lobya ölçüsü boyda orqandır. Hipofiz vəz orqanizmin böyümə və inkişafını kontrol edən böyümə hormonu daxil olmaqla yanaşı digər hormonlar da sintez edir. Hipofiz adenomu, coxlu miqdarda böyümə hormonu sintez edərək, akromeqaliyaya səbəb olur. Hipofiz vəz adenomaların çoxu 1 sm-dən böyük makroadenomadır və 99% xoş xassəlidir. Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez olunan və böyümə hormonuna təsir edən insulinə bənzər böyümə faktoru-1(İGF-1) də akromeqaliya xəstəliyinin inkişafında böyük rol oynayır.

Akromeqaliya xəstəliyinin yaranmasında çox vaxt səbəb hipofiz vəzində adenom adı verilən xoş xassəli şişlərdir. Hipofiz vəz adenomaların çoxu 1 sm-dən böyük makroadenomadır və 99% xoş xassəlidir. Böyümə hormonun təsiri ilə qaraciyərdə sintez olunan və böyümə hormonuna təsir edən insulinə bənzər böyümə faktoru-1 (İGF-1) də akromeqaliya xəstəliyinin inkişafında böyük rol oynayır. Hipofiz adenomlarından başqa mədəaltı vəz , ağciyər, böyrəküstü vəz şişləri də böyümə hormonu sintez edərək və ya böyümə hormonun artışına yol açaraq akromeqaliyaya səbəb ola bilər. Akromeqaliya həmçinin bəzi genetik xəstəliklər nəticəsində də ortaya çıxa bilər. Akromeqaliya xəstəliyində əlamətlər sakit formada yarandığından, bu xəstəliyin nəzərə çarpması hormon səviyyəsinin artmağa başladığından 5-10 il sonra özünü göstərir. Adətən bu dəyişiklikləri çox zaman xəstələrin köhnə şəkilləri ilə müqayisə edəndə nəzərə çarpır. Akromeqaliya müalicə olunmazsa ciddi problemlərə yol aça biləcək, öldürücü bir xəstəlikdir.

Paylaş: